Cümə axşamı, 04 İyun 2026
USD : 1.7
EUR : 1.859
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

UNESCO-da tədbirdə Azərbaycan dili, əlifbasına aid kitablar, suvenirlər nümayiş olunub  

Azərbaycan UNESCO-nun mənzil-qərargahında keçirilən Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbirdə təmsil olunub...

"Report"un Fransa bürosu xəbər verir ki, paytaxt Parisdə Banqladeşin UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO-nun Təhsil Sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbir-sərgidə Azərbaycan dili haqqında ətraflı məlumat verilib.

Sərgidə Azərbaycan dili və əlifbasına həsr olunmuş kitablar, açıqcalar, milli suvenirlər nümayiş olunub. Tədbir iştitakçıları Azərbaycan tarixi, mədəniyyəti, dili haqqında ətraflı məlumatlandırılıblar.

Sərgidə Azərbaycanla yanaşı, Paraqvay, Hindistan, Ukrayna, Lüksemburq, Rusiya, Peru, Çili, Nikaraqua, Cənubi Koreya və Salvador iştirak edib.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə Azərbaycan milli rəqsi "Naz eləmə" yer alıb.

Sərgi 25 fevraladək davam edəcək.

Xatırladaq ki, hər il fevralın 21-i dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Beynəlxalq Ana Dilinin keçirilməsi təşəbbüsü ilk dəfə 1999-cu ildə UNESCO Baş Konfransı zamanı Banqladeş tərəfindən irəli sürülüb.

Poliqon.info




Digərxəbərlər

Populyar xəbərlər

Dövlət qurumu Mehdiyevin ailə üzvlərinə məxsus şirkətlə müqavilə bağlayıb

"Yelo Bank" sanksiya altında: Mənfəət 52% azaldı, bankı nə gözləyir?

Tramp Möctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib

Göz əməliyyatı faciəyə çevrildi: Hacı Tahir görmə qabiliyyətini itirir

Bloomberg: Tramp yeni gömrük rüsumları ilə proteksionist siyasətini bərpa etməyə çalışır...

Britaniyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib

Azərbaycanlı tələbə memlərə görə 15 il həbs cəzası aldı

Prezident İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib - Foto

“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü 

“Real”dən 20 milyon avroluq transfer bonusu alacaq

Tramp İranın Ali Rəhbəri Müctəba Xamenei ilə görüşə biləcəyini bildirib

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay